“Rusiya biznesmenləri hazırda ölkə iqtisadiyyatında yaranmış situasiyadan narazıdırlar”. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasətçi Andrey Piontkovski çıxış edib. O, oliqarxların Putinin iqtisadi kursundan narazı olduğunu bildirib: “Rusiyada təcrid olunmağa başlayan oliqarxlar hakimiyyətin dəyişilməsi məsələsində razılaşacaqlar. Oliqarxlar Putinin əleyhinə aktiv şəkildə çıxış etməyə hələ hazır deyillər. Birincisi, onlar qorxaqdırlar. İkincisi, oliqarxlar öz sərvətlərinin çoxunu onun hesabına qazanıblar və prezidentlə ortaq cinayətlərə malikdirlər. Onlar bilirlər ki, Putin devrilən kimi xalq soruşacaq ki, bəs bu qədər milyardlarınız haradandır? Ona görə də oliqarxlar Putinlə bunkerdə kifayət qədər çox oturacaqlar”.