Neft sürətlə bahalaşır – Son dəqiqə

26-02-2015, 14:47   
Neft sürətlə bahalaşır – Son dəqiqə
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,22 faiz bahalaşaraq 62,38 dollara satılıb.

VTI (West Texas Intermediate) markalı neftin qiymətində isə ucuzlaşma müşahidə edilib. Nyu York birjasında VTI (West Texas Intermediate) markalı neftin bir barreli 0,24 faiz ucuzlaşaraq 50,87 dollar olub.

Qeyd edək ki, iki gün bundan öncə “Brent” markalı neftin qiyməti 58 dollar idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar