Çox yaşamaq qan qrupu ilə bağlıdır.

26-02-2015, 14:49   
Çox yaşamaq qan qrupu ilə bağlıdır.
Almaniyada aparılan araşdırma nəticəsində qan qrupu AB olanların çox yaşadığı məlum olub. Araşdırma ortaya çıxarıb ki, qan qrupu AB olanlar bypass əməliyyatından sonra daha uzun yaşayır. Mütəxəssislər AB qan qrupuna sahib olan insanların ölüm riskinin digər qrupdakılardan 18 faiz az olduğunu bildirirlər.

Elm adamları AB qrupu xəstələrə daha az qan nəqli edildiyini təsbit edib. Bildirilir ki, bu, bilavasitə əməliyyatlar zamanı onlarda qanaxmanın səviyyəsinin aşağı olması ilə bağlıdır.

Qeyd edək ki, koronar bypass əməliyyatı normal qan axınını təmin etmək üçün keçirilən əməliyyatdır. Bypass əməliyyatı ürək xəstəliyini müalicə etmək üçün istifadə edilən variantlardan biridir. Bildirilir ki, bu əməliyyat infakt riskini azaldır.
/musavat.com/
Röya
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar