“Azərbaycan hakimiyyəti ləngimədən müharibəni başlamalıdır”

26-02-2015, 15:39   
“Azərbaycan hakimiyyəti ləngimədən müharibəni başlamalıdır”
Qarabağ Azadlıq Təşkilatının Moderator.az-a daxil olmuş məlumatında deyilir:

"Qarabağ Azadlıq Təşkilatının üzvləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət ediblər. Şəhidlərin xatirəsnə dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub. QAT sədri Akif Nağı ziyarətin sonunda bildirib:
“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin xatirəsini yad etmək hər kəsin borcudur. Biz şəhidlərin xatirəsini yad etməli, həmçinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün bütün imkanlardan istifadə etməliyik. Dünya həqiqəti ona görə bilməlidir ki, ermənilərin iç üzünü tanısın və biz sabah torpaqlarımızı hərbi yolla işğaldan azad etməyə başlayanda bizi qınamasın. Torpaqlarımız yalnız hərbi yolla işğaldan azad edilə bilər. Azərbaycan hakimiyyəti ləngimədən müharibəni başlamalıdır. Heç bir bəhanə müharibənin təxirə salınmasına əsas ola bilməz.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar