Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub. Publika.az-ın məlumatına görə, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq. V.Əliyev Publika.az-a xəbəri təsdiqləyib. V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır. 2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.