“Wolkswagen” avtomobil şirkətinin istehsal etdiyi ən son “Bugatti Veyron” satılıb. Fins.az-ın Avtolent.az-a istinadən verdiyi məlumata görə, bu həftə Cenevrə avtomobil sərgisində nümayiş olunacaq avtomobil Yaxın Şərqdən olan bir şəxs tərəfindən alınıb. Həmin şəxsin adı açıqlanmır.
İndiyə qədər 450 ədəd satılan “Bugatti Veyron” 1200 at gücünə malikdir. Onun qiyməti 2.3 milyon avrodur.
Yeni “Bugatti” super avtomobilinin mühərriki əvvəlkindən 25 faiz daha güclü olacaq. İlkin qiyməti 1,8 milyon dollar olan avtomobilin ilin sonuna kimi müştərilərə təqdim ediləcək.