Zahid Orucun Facebook-da manat dartışması – ilginc açıqlamalar

26-02-2015, 23:01   
Zahid Orucun Facebook-da manat dartışması – ilginc açıqlamalar
“Əmanəti manatla olan insan avtomatik olaraq öz vəsaitini 33.5 faiz dəyərini itirmiş saymaqda yanlışlığa yol verir”

İki ün əvvəl parlamentdə israrla Mərkəzi Bankın məlum qərarını müdafiə edən Zahid Oruc növbəti dəfə “manat məsələsi” haqda öz fikirlərini bölüşüb. Niderlandda səfərdə olan deputat virtual fəalların cəmiyyəti narahat edən əmanətlər, kreditlər və bahalaşmaya səbəb olan amillər haqda praktiki suallarına cavab verib. Söhbətin insanlarımız üçün faydalı olduğunu nəzərə alaraq, onu təqdim edirik

Aygün Yusubova: Mərkəzi Bankın son qərarı vətəndaşların ciddi narahatçılığına səbəb olub. Siz son açıqlamanızda buna haqq qazandırdınız. Arqumentləriniz nədən ibarət idi?

Zahid Oruc: Aygün xanım, dollar ajiotajını aradan qaldırmaq üçün məhz kəskin devalvasiyaya gedilməli idi. Bunun əksi manatı rublun vəziyyətinə salacaqdı, dövlət ehtiyatlarını xərcləyib qurtarandan sonra mühüm iqtisadi tənzimləmə vasitələrdən məhrum olacaqdı. Ona görə düzgün qərar qəbul edilib və maliyyə sabitliyinin təminatı naminə yeganə vasitəyə əl atılıb. Bunun xalqın xeyrinə olduğunu cəmi bir aydan sonra hər kəs görəcək. Ona görə də süni gərginliyə heç bir ehtiyac yoxdur.

Aygun Yusibova: İndi tutalım vətəndaşın bankda 1000 manat əmanəti var, bunun taleyi necə olacaq?

Zahid Oruc: Əmanəti manatla olan insan avtomatik olaraq öz vəsaitini 33.5 faiz dəyərini itirmiş saymaqda yanlışlığa yol verir. Manatın dollara nisbətən kursunun düşməsi avtomatik olaraq həmin nisbətdə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi demək deyil!
Aygun Yusibova: Bəy, bu fikrinizi necə əsaslandıra bilərsiz? Çünki banklarda dollarla krediti olanlar daha çox ödəməli olacaqlar, bəs manatla olan əmanətlər?
Zahid Oruc: Aygün xanım, əgər siz əmanətinizi gedib sabah götürürsüzsə və ölkədə qiymətdə heç bir dəyişiklik baş vermirsə, onda siz heç nə itirmiş olmursuz. Əgər müxtəlif məqsədlə təzədən pulunuzu xarici valyutaya çevirmək istəyirdinizsə, yalnız bu halda qarşınızda yeni məzənnəni görəcəksiniz.

Qiymətlər, tutalım, 10 faiz və ya 40 faiz bahalaşarsa, onda manatınız o qədər də dəyərini itirmişdir demək! Yəni, devalvasiya faizini avtomatik götürüb sizin pulun üstündən çıxmaq düzgün deyil. Bu, dünyada hesablamanın son dərəcə adi qaydadır. Baxın, Türkiyə lirəsinə - vaxtilə 2 lirə bir dollara barəbar idi. İndi 25 faiz kurs dolların xeyrinə dəyişib - yəni 2.5 lirə bir dollara bərabərdir. Lakin dərhal kalkulyasiya eləmək ki, lirə ölkədə alıcılıq qabiliyyətini 25 faiz itirib, bunu iddia etmək kökündən yanlışdır. Əgər Türkiyədə qiymətlər məlum devalvasiyadan sonra 2 faiz qalxıbsa, lirənin itirdiyi dəyər məhz odur, devalvasiya kursu qədər deyil. Bir çoxlarına elə gəlir ki, sizin dediyiniz bankda 10 min manatlıq əmanəti olanın pulu yeni kursa görə təxminən 6700 manata bərabər olub. Onlar səhv edirlər

Aygun Yusibova: Bəy məgər belə olmayacaq? Bəs vətəndaşın pulu dollarla idisə, onda necə?

Zahid Oruc: Xeyr, elə deyil. Sizin itirdiyiniz dolların nə qədər artması ilə deyil, qiymətlərlə müəyyənləşəcək!

Baxın, dollarla əmanət qoyanlar, məsələn, 10.000 dollar sahibləri deyir: onlar “qazanıblar”. Deyə bilərsizmi, onların pulu üzərinə gələn vəsait haradan peyda olub?

Aygün Yusubova: Məgər bu dolların kursunun qalxması ilə bağlı olmayacaq ki?

Zahid Oruc: Baxın, manatla vəsaiti istər evdə, istərsə də bankda olanlar özlərini kasıblaşmış sayır, məlum qərardan sonra. Lakin dollarla hər iki yerdə pulu olanlar qazanılan vəsaitin onlara haradan gəldiyini demirlər.

Əslində isə, manat sahibləri heç nə itirməyiblər.

Abdullayev Parviz: Əgər 10000 dollar 7860 manat idisə, bu gün un 10500 manat təxminən 2640 manat əvvəlki kursla fərq edir.

Aygun Yusibova: Zahid bəy, bəli razıyam sizinlə. Amma həqiqətən də banklarda dollarla vəsaiti olanlar özlərini udmuş sayır, manatla olanlar isə bunun əksini düşünürlər.

Yalçın Salayev: Əlbəttə, manatla kredit götürən heç nə itirməyib, dollarla kredit və borc alan isə iflasa uğrayıb.

Zahid Oruc: Pərviz bəy, siz dediyiniz doğrudur. Lakin əgər sizin 6 manatınız vardısa, MB-nin qərarı ilə 21 fevralda siz üçdə bir nisbətdə pul itirmədiniz. Məsələn, gedib gördünüz ki, qiymət bir məhsulda 15 faiz dəyişib, o zaman sizin manatınız 15 faiz alıcılıq qabiliyyətini itirdiyindən danışmalısınız.

Abdullayev Parviz: Mən külli miqdarda dollarla kredit götürmüşəm, lakin indi həmin pulu banka qaytaranda çoxlu miqdarda ziyan çəkəcəm. Niyə? Çünki kursda uduzacağam.

Aygun Yusibova: Bəy, əgər manatla vəsaiti olanlar itirmirlərsə, onda dollarla pulu olanlar bu artımı nə ilə əlaqələndirirlər?

Zahid Oruc: Yalçın bəy, kimsə qazanıbsa, deməli, o, başqasının itirdiyidir. Bu, məşhur düsturdur. Ona görə sizin sualı belə qoyaq - siz dollarla əmanət qoymusuz. Həm də başqa bankdan manatla kredit götürmüsüz. Siz deyirsiz - dövlət mənim götürdüyüm dollarla kreditə görə yükümü 33.5 faiz ağırlaşdırıb. Lakin demirsiz ki, bu tərəfdən də manatla kredit götürmüsüz və bu zaman bank sizə verdiyi kreditə görə özünü ziyanda hesab edir,onda zərər ikitərəflidir. Halbuki ikincidə udduğunuzu dövlətin ayağına yazmağa çalışmırsız.

Məsələn, bir insan üç banka müxtəlif valyutalarda vəsait qoyub. Onun heç bir itkisi olmayıb. Qiymətlər ən sonda tutalım, bir aya oratalama 15 faiz qalxmış olacaqsa, onda həmin adam bankda əmanətindən qazandığını deməyib də yalnız artmış qiymətlərə görə itkisindən danışacaq.

Aygun Yusibova: Yəni iki valyutalı səbətdən istifadə edir və manatla olan itkisini dollar və avro ilə kompensasiya edir.

Zahid Oruc. Doğrudur. Lakin Pərviz bəy, əvvəla, indi qarşınızda panik qiymətlər dayanıb. Avtomatik olaraq hər kəs öz bildiyi və ya istədiyi artımı edib.Onları silahla belə dayandırmaq mümkün olmayacaq. Lakin bazar konyunkturası bunları tənzimləyəcək. Yəni, alıcılıq qabiliyyəti bir az aşağı düşən kimi qiymətlər sabitləşəcək.

Aygün xanım, tamamilə haqlısız. Sadəcə hər kəsin bankda pulu yoxdur. Mən misalla onu demək istədim ki, “mən udmuşam” deyənlərin qazandığı vəsait əslində başqasının itkiləridir. Məsələn, burada dollarla kredit götürənlərin.

İndi siz deyin, dollarla əmanət qoyanlar razı olarmı ki, onların pulu köhnə kursa çevrilib üzərindən o qədər manata çıxılsın? Yəqin ki, yox, istəməzlər bunu. Yəni, bankda manatı olanların itirdikləri o deyil ki, 6 manat pul qoymuşdular, manatla, dövlət onlara çıxarıb 4 manat verir. Bu adamların itirdikləri qazana bilmədikləridir.

Fikrimi deyə bildimmi-yəni o adamların evindəki 100 manat 67 manata çevrilməyib. Sadəcə 100 manatdır. “Eh birdən dollar olsaydı, 33 manat irəli düşərdik” kimi fikirləşənlər qazana bilmədiklərini itki sayırlar.Halbuki ciblərində olan həmin 100 manatla gedib əvvəlki vaxtda olduğu kimi məsələn kiloqramı 1 manata şəkər tozu alırsa, deməli, son devalvasiyadan o adam heç nə itirməyib. Yox, şəkər tozu 20 faiz bahalışıbsa, onda həmin şəxsin itkisi bax sondakı 20 faizdir.

Aygun Yusibova: Pərviz bəy, siz haqlısız. Əvvələ nisbətən daha çox ödəyəcəksiz. Bax, bununla da bağlı yəqin ki, banklar da nəsə etməldir. Hamı MB-ni gözləyir.

Zahid Oruc: Yalçın bəy, bu gün ən güclü arqument bilirsizmi nədir - hamı bazarlardakı vəziyyəti irəli sürüb deyir - qiymətlər məsələn, 1 faizdən ta 50 faizə qədər avtomatik qalxıb. Ona görə vətəndaş elə düşünür ki, onlar üçdə bir nisbətdə kasıblayıblar. Tamam yanlış qənaətdir.

Aygun Yusibova Yəni, əmanət manatla olduqda vətəndaş heç nə itirmir, sadəcə dollarlaşmadan yəni artımdan gələ biləcək payı uduzur. Kaş ki, dollar ucuzlaşaydı. Doğrumu anladım sizə, Zahid müəllim?

Zahid Oruc: Tamamilə doğrudur. Təki akademik savadı və böyük diplomu olan iqtisadçılarımız da bunu insanlara belə izah edərdilər.

Baxın, Qazaxıstanda kəskin devalvasiya 20 faiz oldu - 2008-də. Qiymət artımı 5 faizi aşmadı. Deməli, devalvasiya faizi avtomatik manatın alıcılıq qabiliyyətinin həmin faiz qədər aşağı düşməsi deyil. Bir azdan qiymətlər sabitləşəndə görəcəksiz ki, manat dollara nisbətən dəyərini itirsə də yenə həmin mövqeyinə yaxın bir səviyyəni qoruyub saxlayır. Ona görə manatınızın qədrini bilin.

Azadi Ceyhun: Zahid bəy bəlkə əvvəldən süni şəkildə manatın dəyərini saxlamaq düzgün deyildi və eyni zamanda manatın dollara nisbətən kursunu birdən-birə etmək doğruydumu?

Zahid Oruc: Əgər qəfil baş verməyən artıma gedilməyib başqa yol seçilsəydi, Azərbaycanı Rusiyanın taleyi gözləyirdi. Baxın, Mərkəzi Bank 3 milyard manat rezervi xərcləyib bazardakı dollar aclığını ödəməyə çalışırdı. Nəticə hamının - pensiyaçının belə əlində manata bankomatda dayanıb ala bilmədiyi bir durumdan ibarət idi.
Ona görə Nobel mükafatı olmayan beynəlxalq miqyaslı iqtisadçılar bir yol göstərib - kəskin devalvasiya və bazardakı hökmranlıq edən siyasəti dəyişmək. Mərkəzi Bank da belə etdi və situasiya dəyişdi. Ona görə 21 fevralı təqvimdə qaralamağa tələsməyin.

Azadi Ceyhun: Dollarla alınan məhsullarda qabarıq bahalaşma var. Lakin əmanətlər haqda düz deyirsiz.

Zahid Oruc: Baxın, gördünüzmü, artıq əmanətlərlə bağlı aydınlıq yarandı. İndi hər kəsi düşündürən budur - məsələn, əvvəldə bağlanmış müqavilə qiymətləri necə olsun, bəs iş icraçısı bazarda dəyişmiş qiymələ həmin işi necə başa çatdırsın və sair. Bunun da cavabı var.

Tale İbrahimov: Bir onu bilirəm ki, pis gündə olan millət bir az da gerilədi. Hökumət milləti qıcıqlandırır.

Zahid Oruc . Taleh bəy, bir azdan indiki qeyri-müəyyənlik çəkilən kimi qafaları qarışdıran dollar kursu məsələsi tamam başqa müstəviyə keçəcək və görəcəksiniz ki, dövlət məhz insanları nəzərə alıb. İndi isə əksini düşünürsüz. Axı dünyanın onlarla ölkəsi kəskin kurs siyasətinə əl atır.

İdxal olunan malların maya dəyərində yeni kurs hələ oturmamış qiymət artımı panik bir şəkildə gedib. Lakin bir azdan təbii seçim baş verəcək-hər şeyi tələb-təklif tənzimləyəcək. Hətta bazarda nə qədər monopolistlər olsa da.

Nurlan Fərruxzadə: Dolların kursu 0.78 manata olanda kredit götürən müştərilərin indi 1.05 manata ödəməyi nə dərəcədə düzgündür? Bir də qiymət artımı ilə tədbirlər görüləcəkmi? Maaş və pensiyalar da artmalıdır.

Zahid Oruc: Nurlan bəy, sizə dəqiq cavabım var-lakin bir sualı aydınlaşdıraq: siz evinizdə təsadüfən olan 100 dollara görə qazandığınız 33.5 faizi gətirib dövlətə geri qaytaracaqsınız?
Bankların hər valyutada pulu var. Bunu onların nizamnamə kapitalının 30 milyondan artıq olması haqda məlum qərar tələb edir. Ona görə banklar hansı valyutada saxladıqları pulların və ya verdikləri kreditin hesabını dürüst açıqlamır. Tutaq ki, sərəncamlarında avronun kursundan 33 faiz qazandıqlarını deməyib, yalnız itkiləri haqda bar-bar bağırırlar. Elan ediblər-guya hansısa bank manatla kredit verib və itirib. Nədə? Deyə bilərsizmi, banklar müxtəlif adamlardan aldıqları depozitləri çevirib müxtəlif layihələrə xərçləyirsə, orada son qərarın itki və gəlirini obyektiv olaraq hesablayıb cəmiyyətə təqdim edərlərmi?

Abdullayev Parviz: Əvvəldən belə etmək olmazdımı, insanlar öhdəliyini köhnə kursla ödəsin qurtarsın, yoxsa MB bizə kompensasiya ödəsin.

Zahid Oruc: Neft Fondundan çıxarılan dolları dövlət manata çevirmək üçün kursu qəsdən belə edib deyənlərin məntiqini siz necə qəbul edirsiz? Əgər ehtiyatlar həm də manat şəklində olubsa, məsələn, Mərkəzi Bankın qalan ehtiyatı 12 milyard manat idi-onda belə çıxır ki, dövlət öz rezervində olan manatı da üçdə bir nisbətdə öldürüb, sonra dolardan daha çox manat əldə edib büdcə kəsirini doldurur? Məntiq yoxdur burda. Hazırda ölkədə daha çox epidemiya şəklində tüğyan edən şayiə, panika və "itirdik" duyğusudur. Mütləq keçəcək bunlar və Azərbaycan insanı görəcək-onun manatı yenə də güclüdür. Dollarla demək olar bərabər. Amerika və dünya valyutası ilə ekvivalent. Ona görə hamıya mane olan “Mərkəzi Bank səhv etdi” fikridir. İndi belə düşünün ki, Mərkəzi Bank düzgün qərar edib, bax onda suallara tam dürüst cavab verə biləcəksiz?

Azadi Ceyhun: Məni bir şey narahat edir. Bahalaşma və bunun təbliğatı. Bu gün bir avtomobil əgər 40.000 manatdan 55.000 manata satışına start verilibsə, valyutanın qiymətə təsiri nə qədərdir?

Zahid Oruc: Gömrük rüsumu, bank faizləri və yaranacaq inflyasiyadan irəli gələn indeksasiyalar istənilən qara dövriyyə sahiblərinin meydanına zərbə olardı. Bax, məhz bunu işə salmaq lazımdır.

Aygun Yusibova: Bunun qiymətlərə təsiri olacaqmı?

Zahid Oruc: Ceyhun bəy, dünyanın hər yerində tədrici və ya qəfil aparılmış monetar tənzimləmə siyasəti, təkcə iqtisadiyyatın bir elementi olmaqla bahalaşmaya rəvac verə bilər. Lakin avtomatik bazarın ikinci stixiyası işə düşəcək - bəs o maşınları həmin qiymətə kim alacaq? Ona görə indiki qiymət kükrəməsi və siqaretdən dərmana qədər hər şeydə 33 fazilik artım özünü sığortadır və keçəcək mütləq.

Aygun Yusibova: Zahid müəllim, son olaraq bir şey soruşum. MB niyə də hələ gözləmə mövqeyindədir. Bunun bəlli bir səbəbi varmı?

Zahid Oruc: Bu, düzgün addımdır. Çünki hamının suallarına cavab vermək üçün bir az iqtisadi sabitləşmə gərəkdir.

Bir daha deyirəm, siz bankda olan dollarınızın kursunu köhnə manat məzənnəsi ilə almağı qəbul etmədiyiniz halda ödəmədə də yeni kursa tabe olmalısız. Bunu sizə söyləməkdə məqsədim mənim subyektiv təhlillərimi sizlə bölüşməkdir. Mərkəzi Bank zədələnmiş etimadını çox sürətlə bərpa edəcək. Lakin siz qonşunuzdan soruşun-o 20 min dollar banka qoyduğu və ya cibində olan vəsaitə görə 33 faiz irəli düşdüyünü deyir. Onlara o pulu kim qazandırdı? Onlar artıq əldə etdikləri həmin hissəni sizin geri qaytarmağa hazırlaşdığınız yeni kurs fərqi zamanı sizə ödəməyə hazırdılarmı? Deməli, əslində son addımdan ziyan çəkənlər və xeyir götürənlər günahkar axtaranda dövləti, qazandıqlarına görə özlərini göstərirlər.
Deməli indiki söhbətimizlə biz 3 mühüm məsələdə aydılıq yaratmış olduq:

1. Devalvasiya faizi avtomatik olaraq milli pul vahidinin o nisbətdə alıcılıq qabiliyyətini itirməsi demək deyil

2. Siz "itirdim" deyərkən, pulunuz dollar olsaydı, o faiz nisbətində qazanardım,bax o qazana biləcəyinizi nəzərdə tutursuz. Halbuki bir müddət sonra sizin manatınız ölkədə artmış qiymətlərin ortaq məxrəcinin-tutalım 20 faizinin qədərində dəyərsizləşə bilər.

3. İnsanlar dollarla qoyduqları əmanətdən qazandıqlarını banklara qaytarmağa razı olmadıqları kimi-halbuki həmin vəsait oraya kənardan deyil, məhz kiminsə - bankın, yaxud başqa subyektindir-dollarla kreditin yükünə də dövləti şərik etməməlidirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar