"Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə Qərbi təhdid etməsi iflasa uğradı". Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontkovskiy bildirib.
Piontkovskiy Putinin nüvə silahından istifadə etməyə cəsarətinin olmadığını qeyd edib: "Putin Qərbi hədələdi, ancaq amerikalılar bundan qorxmadılar, çünki bu təhükə adi bir şeydir. Rusiya Baltik ölkələrinə öz gücünü göstərməyə çalışır. NATO və ABŞ qüvvələri qoşunlarını Baltikyanı bölgəyə və Polşaya yerlədirməklə bir növ Rusiyanın qarşısını kəsib. Hətta ABŞ-ın Latviya və Estoniyada 100 hərbçisi var. Putinin də bir çıxış yolu var ki, nüvə ilə Qərbi hədələsin, göründüyü kimi bu hədələmə heç bir nəticə vermir".