Bin Laden-in London köməkçisi məhkum edildi

27-02-2015, 10:34   
Bin Laden-in London köməkçisi məhkum edildi
Osama Bin Laden-in keçmiş köməkçisi 1998-ci ildə şərqi Afrikada əl-Qaeda tərəfindən ABŞ səfirliklərinin partladılmasında təqsirli bilinib.

Həmin basqınlar nəticəsində 224 nəfər həlak olmuşdu.

Səudiyyə Ərəbistanı vətəndaşı Khalid al-Fawwaz Nyu York məhkəməsində davam edən üç günlük dinləmələrin ardınca məhkum edilib.

2012-ci ildə ABŞ-a Britaniyadan ekstradisiya edilmiş Al-Fawwaz-ı indi ömürlük həbs cəzası gözləyir.

52 yaşlı al-Fawwaz Osama Bin Laden-nin “Londondakı sözçüsü” kimi tanınırdı.

1998-ci ildə ABŞ-ın Keniyanın Nayrobi və Tanzaniyanın Dar əs-Səlam şəhərlərindəki səfirliklərinə bomba basqınları zamanı həlak olanların arasında onlarca Amerika vətəndaşı da həyatını itirib.

Fawwaz elə həmin il Londonda həbs edilmiş, lakin onun ABŞ-a ekstradisiyası 14 il davam etmişdi.

Manhattanda keçirilən məhkəmədə müttəhimin heç bir ifadəsi oxunmayıb.

O hökmü sakit qarşılayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar