ABŞ-ın Avropadakı hərbi komandiri Ben Hodges Ukraynanın şərqindəki rusiyapərəst separatçıları Minsk razılaşması əsasında üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb.
O, bunu birgə hərbi təlimlərdən sonra Macarıstanda keçirdiyi mətbuat konfransında deyib.
General bildirib ki, atəşkəs rejiminə tam əməl olunmur. Rusiya beynəlxalq müşahidəçiləri atəşkəs rejiminin monitorinqinə imkan yaratmır. Separatçılar və Rusiyanın ağır silahları həmin ətrafda hərəkət etsə də geri çıxarılmır.
General vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiyaya qarşı diplomatik təzyiqləri davam etdirməli, ona qarşı iqtisadi sanksiyaları saxlamalı və Ukrayna hökumətinə iqtisadi dəstəyi davam etdirməlidir (ANS PRESS).