Qiymət artımı ilə bağlı rəsmi açıqlama (VİDEO)

27-02-2015, 20:54   
Qiymət artımı ilə bağlı rəsmi açıqlama (VİDEO)

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artması təkcə milli valyutanın məzənnəsindəki dəyişiklərlə bağlı deyil.

ANS TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir, onu da əlavə edib ki, həm yerli, həm də idxal olunan kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan qiymət artımının qarşısının alınması üçün hökumət monitorinqlərə başlamalıdır.

“Siyasi qərarlardan tutmuş, beynəlxalq arenada, eləcə də qonşu ölkədəki baş verən məzənnə dəyişikliyi, bu kimi onlarla faktor təsir edir. Bütün bu amillər kontekstində monitorinqlər aparılmalıdır ki, təsir edən amillər nədən ibarətdir. Təsir edən amillərin neqativ təsirinin aradan qaldırılması üçun dövlət ətərəfindən hansı tədbirlər görələcək. Məhsulun maya dəyərinin aşağı salınması, təklifin artırılması, güzəştlərin yüngülləşdirilməsi və s. bu konteksdə əks qabaqlayıçı tədbirlər görüləcək ki, bu qiymət artımına yol verilməsin” – deyə Heydər Əsədov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.