“Boris Nemtsov martın birində beynəlxalq təşkilatın nümayəndələrinə Rusiya haqqında vacib sənədləri təqdim etməliydi”.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Obozrevatel.com” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb.
Mənbə həmin sənədlərdə Putinin cinayətləri haqqında mühüm məlumatların yer aldığını bildirib:
“Təqdim ediləcək sənəddə Nemtsov Putinin Ukrayna, Qazaxıstan, Belarus, Latviya və Estoniyaya necə hücumlar həyata keçirəcəyi haqqında sübutlar var idi. Həmçinin Nemtsov özü də deyirdi ki, onun əlində Rusiyanın Ukraynadakı döyüşlərdə öldürülmüş 7 min əsgərinin siyahısı var”.