Məlum olduğu kimi, Rusiya müxalifətinin lideri Boris Nemtsov bu gecə Moskvada naməlum şəxslər tərəfindən atəş açılaraq qətlə yetirilib.
Avropa.info xəbər verir ki, qətlin səbəbi ilə bağlı sosial şəbəkələrdə müxtəlif versiyalar müzakirə olunur. Lakin ən çox paylaşılan videolardan biri Nemtsovun Putin ilə bağlı ifadələrini əks etdirən bu kadrlardır.
2014-cü ilin 24-25 aprel tarixlərində Kiyevdə keçirilən “Ukrayna-Rusiya arasında dialoq” tədbirində Nemtsov Azadlıq Radiosunun Rusiya bürosunun jurnalistinin Putin haqda sualına Putini təhqir edərək cavab verir. Etik qaydalara zidd olduğunu görə ifadəni yazılı şəkildə vermirik.
Daha sonra suallara cavab verən Nemtsov Putinin Ukraynaya federalizm təklif etdiyini, amma özünün Rusiyada federalizmi məhv etdiyini deyir.
[media=https://www.youtube.com/watch?v=jaOmORmsx3I]