Şimali Koreya lideri Kim Çen İn ABŞ və onun müttəfiqləri ilə müharibəyə hazırlaşmaları barədə orduya əmr verib. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. “Mövcud situasiyada Cənubi Koreyanın birləşdirilməsini nəzərdə tutan böyük müharibə yaxındır. Şimali Koreya Xalq Ordusunun bütün bölmələri müharibəyə tam hazır olsun”, - deyə Şimali Koreya lideri Kim Çen İn orduya əmr verib.