Rusiya Qərb üçün təhlükə kəsb edir. Musavat.com-un məlumatına görə, bu barədə Böyük Britaniya kəşfiyyatının sabiq başçısı Con Soyers BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son vaxtlar Rusiya tərəfindən hədə və təhlükələr artdığından, İngiltərə özünün və müttəfiqlərinin müdafiəsi üçün addımlar atmalıdır. “Rusiya bizim üçün həmişə problemli məsələ olub” – deyib Mİ-6-nın keçmiş rəhbəri.
O, təəssüf hissi ilə bunu da qeyd edib ki, Rusiya və Avropa yaxınlaşma yolu ilə getmir və o səbəbdən “Rusiya ilə birgə mövcud olmanın yeni üsulu tapılmalıdır”. “Real problem bundan ibarətdir, daha “simptom” rolu oynayan Ukrayna böhranından yox” - əlavə edib Soyers.
Musavat.com