İŞİD-in edamları bitmək bilmir. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, amansız edam səhnələri ilə dünya gündəmini zəbt edən İŞİD bütün edamlarını əvvəldən yazılmış ssenari əsasında reallaşdırır. Təşkilat üzvləri hər edamdan qabaq əraziyə kameralar gətirərək bu səhnələri lentə alır. Daha sonra bu görüntüləri bütün dünyanın görməsi üçün sosial şəbəkələrdə paylaşır. Bunun axırıncı nümunəsi isə son günlərdə İraqda yaşanıb. İŞİD-in casusluqda ittiham etdiyi 4 nəfər başlarından güllələnərək edam edilib.