Öcalandan tarixi çağırış

28-02-2015, 19:07   
Öcalandan tarixi çağırış
Türkiyədə PKK-nın həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını 30 ildir davam edən silahlı mübarizəyə son qoymağa çağırıb.

ANS PRESS-in məlumatına görə, kürd millət vəkilinin oxuduğu və televiziyada yayımlanan bəyanatında Öcalan "demokratik həll" əldə etmək üçün tarixi qərar istəyib.

O, silahlı münaqişəyə son qoyulması barədə bəyannamə üçün yazda xüsusi konqres tələb edib.

Türkiyənin cənub-şərqində PKK ilə mübarizədə 40 000-dən çox adam öldürülüb.

Öcalan Kürdistan İşçilər Partiyasının (PKK) rəhbəridir, amma vətənə xəyanətdə təqsirli bilinəndən sonra 1999-cu ildən bəri ömürlük həbs cəzasını çəkir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar