Riyad Əliyev: «Martın 17-də Təfəkkür Universitetinin qarşısında hər kəsə məndən rektorun 4 milyon manat alındığını təsdiq edən sənədi nümayiş etdirəcəm»
Xeyli müddətdir Təfəkkür Universitetinin rektoru Müşafiq Atakişiyev və onun keçmiş şəriki kimi tanınan, hazırda Avropada mühacirət həyatı yaşayan Riyad Əliyev arasında qalmaqal səngimək bilmir. JAM.AZ xəbər verir ki, R.Əliyev mətbuata ünvanladığı müraciətində rektorun ondan külli miqdarda pul aldığını və universitetin təsisçilərindən biri olduğuna dair sənəd verdiyini idddia edir.
Dünən redaksiyamıza göndərdiyi yyazılı açıqlamasında sözügedən şəxs bildirib ki, başına gələnlərə və aldadılmasına etiraz olaraq martın 17-si saat 12:00-da Təfəkkür Universitetinin qarısında etiraz aksiyası keçirəcəklər. «Mitinqdən 3 gün qabaq məbuata mənimlə bağlanılmış müqaviləni təqdim edəcəm. Orada öz imzası və möhürü ilə Müşfiq Atakişiyev təsdiq edir ki, mənnən 4 milyon manat və 1 milyonluq əmlak alıb. Bu pulların əvəzində isə məni universitetin payçısı kimi görür. Hətta rektor səlahiyyətlərini də verir. Bu müqavilə 2010-cu ilin avqustunda bağlanılıb».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.