İngiltərənin 104 yaşlı sakini bir əsrdən çox yaşamasına baxmayaraq, saçları hələ də ilk günki kimi qəhvəyidir. Axar.az türk saytlarına istinadən xəbər verir ki,
İngiltərədə yaşayan yaşayan Freda Teylor ötən həftə 104-cü doğum gününün qeyd edib. İki dünya müharibəsinə şahidlik edən qadın təkcə özü deyil, saçları da illərə meydan oxuyur. Hələ də ilk günkü kimi qəhvəyi rəngdə olan saçlarında nəinki bəyaz tel, heç boz tük də yoxdur. 104 yaşlı qadın saçının indiyə qədər hələ də ağarmamasını isə belə izah edib: “İçki işməmişəm və ömrüm boyunca bir siqaret də çəkməmişəm. Sakit görünməyimə və sağlam qalmağıma da səbəb bunlardır”.