Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Onlar Ukraynanın şərqindəki vəziyyətə görə birgə səylərin gücləndirilməsi haqda razılığa gəliblər.
İki ölkənin liderləri hazırda ağır vəziyyətdə Rusiyada həbsdə saxlanan Ukrayna hərbçisi Savçenkonun taleyini də müzakirə ediblər. Vurğulanıb ki, beynəlxalq birlik indi təkcə ərazi bütövlüyü məsələsində yox, həm də Nadejda Savçenkonun taleyi ilə bağlı Ukrayna ilə həmrəylik nümayiş etdirməlidir.
Poroşenko və Bayden həmçinin, Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı da narahatlıqla müzakirə aparıblar.
Məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
azadliq.info