İŞİD terrorçu qruplaşması girov saxladığı 19 xristianı azad edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, girovluqda olan 16 kişi, 32 qadın İŞİD terrorçuları tərəfindən sərbəst buraxılıblar.
Onlar azad edilməzdən əvvəl Şəriət məhkəməsində mühakimə olunublar.
Suriyanın şimal-şərqində İŞİD terror qruplaşması 220 assuriyalı xristianı girov götürmüşdü. Onlardan 15-nin fevralın 27-də edam edildiyi bildirilirdi.