Hər kəsi qan tutan gün...

2-03-2015, 01:49   
Hər kəsi qan tutan gün...
10 il əvvəl bu saatlarda "Neftçilər" metrosu yaxınlığında jurnalist Elmar Hüseynovun yaşadığı binanın qarşısında idik. Saat 22 radələrində xəbəri eşitdik. Hər kəsin şokda idi. Redaksiyada bir neçə müxbir və redaktor qalmışdı. Baş redaktor R. Arifoğlu isə həbsdəydi.

Hadisə yerindən reportaj hazırlamaq mənə düşdü. 22 radələrində redaksiyadan ora gəlib çatanda artıq binanın girişini polis tutmuşdu. Eşidib bilən jurnalistlər, ictimai fəallar da ora axışmışdı.



Polis və prokurorluq rəsmiləri də vardı. Ancaq mənzilin qapısını bağlayan Ruşaniyə Hüseynova səfirliklərin və medianın iştirakı olmadan qapını açmayacağını bildirdiyi üçün polis cəsədə baxış keçirə bilməmişdi. Hər kəs başa düşürdü ki, polis içəri daxil olsa cəsədi aparacaq. Ancaq Ruşaniyə Hüseynova sona qədər müqavimət göstərdi. Bir neçə saat müqavimətdən sonra rəsmilər jurnalistlərin içəri daxil olmasına razı oldular.




Bloka daxil olduq, mənzilin qapısı, kandar qan işində idi. Və birdə Elmarın övladı üçün aldığı yoqurt və “tvoroq” yerə dağılmışdı. Ancaq Elmarın cəsədini sürüyüb içəri salmışdılar. Jurnalistlər içəri keçib şəkil çəkdilər. R.Hüseynova şahidlik etdiyi hadisələri danışdı. Yalnız bundan sonra hüquq-mühafizə orqanlarına cəsədə baxmaq üçün icazə verdi.

Hər kəs qəzəbli və məyus idi. İlk dəfə idi ki, ölkəmizdə jurnalist öldürülmüşdü. Həm də mən hiss edirdim ki, cavan, qoca hər kəsi qan tutub, sanki hamı üşüyürdü. Buna qan tutması da deyirlər...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar