Bu gündən qiymətlər yenidən bahalaşır - rəsmi

2-03-2015, 09:45   
Bu gündən qiymətlər yenidən bahalaşır - rəsmi

Martın 1-də “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib.

Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabrda təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ni yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub.

Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyasına əsasən 1 litr ölçü vahidi götürülməklə səməni pivəsi üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu üçün 2 manat, şampan şərabı üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 0,1 manat, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları üçün 2 manat, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları üçün 2 manat, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı üçün 2 manat, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 6 manat, viski üçün 6 manat, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınanlar üçün 6 manat, cin və ardıc tinkturası üçün 6 manat, araq üçün 6 manat, likörlər üçün 6 manat, digər spirtli içkilər üçün 6 manat, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti üçün 2 manat aksiz dərəcələri tətbiq olunacaq.

Ölçü vahidi olaraq 1000 ədəd götürülməklə, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar üçün 10 manat, tərkibində tütün olan siqaretlər üçün 4 manat, digər siqaretlər və siqarillalar üçün 4 manat aksiz dərəcəsi müəyyənləşib. Ölçü vahidi 1 ton olmaqla yüngül distilyatlar və məhsullar (emalın spesifik prosesləri) üçün 80 manat, yüngül distilyatlar və məhsullar üçün 1 manat aksiz dərəcələri tətbiq olunacaq. Yanacağa gəlincə, ölçü vahidi 1 ton olmaqla xüsusi benzinlər (uayt-spirit) 1 manat, digər xüsusi benzinlər üçün 1 manat, aviasiya benzinləri üçün 1 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə benzinlər üçün 120 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə benzinlər üçün 120 manat, reaktiv benzin yanacağı üçün 1 manat, digər yüngül distilyatlar üçün 1 manat, orta distilyatlar (emalın spesifik prosesləri) üçün 80 manat, orta distilyatlar (proseslərdə kimyəvi çevrilmələr) üçün, 1 manat, digər məqsədlər üçün kerosin üçün 80 manat, digər məqsədlər üçün digər orta distilyatlar üçün 80 manat, qazoyllar üçün 80 manat, maye yanacaq üçün 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Ölçü vahidi 1 ton olmaqla sürtkü yağları və digər yağlar (emalın spesifik prosesləri) üçün 1 manat, sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 manat, mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı üçün 50 manat, hidravlik məqsədlər üçün mayelər üçün 1 manat, açıq rəngli yağlar, vazelin yağı üçün 1 manat, dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ üçün 1 manat, metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları üçün 1 manat, elektrik izolyasiya yağları üçün 50 manat, digər sürtkü yağları və digər yağlar üçün 1 manat, qazoyllar üçün 80 manat, maye yanacaq üçün 1 manat, digər neft məhsulları üçün 50 manat, neft vazelini üçün 10 manat, neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar üçün 24 manat, təbii bitum və asfalt (bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları) üçün 1 manat, təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar üçün 1 manat aksiz dərəcələri tətbiq olunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.