Hakimiyyət Nemtsovun ölümündən hansı dərsləri götürməlidir?

2-03-2015, 10:03   
Hakimiyyət Nemtsovun ölümündən hansı dərsləri götürməlidir?

Vidadi Mirkamal: «Azərbaycan hakimiyyəti demokratik islahatlara başlamazsa, Rusiya iqtidarı kimi basqılara məruz qalacaq»

Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli bu ölkədə hakimiyyət əleyhinə etirazları gücləndirib. Demokratik düşərgə tərəfdarları qətlin sifarişinin dövlət başçısından verildiyini iddia edir. Maraqlıdır ki, Rusiyada demokratik düşərgəyə olan basqılar, təhdidlər Azərbaycanda da yaşanır. Hazırda siyasi məhbusların sayına görə Azərbaycan lider ölkələrdəndir. Aparıcı müxalifət liderləri təqib olunur, onlara hətta ailə üzvləri vasitəsilə təzyiq olunmağa çalışılır. Amma Nemtsovun qətli Putin hakimiyyətini ciddi təpkilərlə üz-üzə qoydu. Beynəlxalq səviyyədə olan bu təpkilər onsuz da reytinqi ciddi zədə almış Putinin durumunu bir qədər də ağırlaşdırdı.
Bu baxımdan digər avtoritar rejimlər bundan hansı nəticəni çıxarmalıdır? Çünki Rusiyanın demokratik düşərgəyə qarşı apardığı repressiv siyasəti Azərbaycan hakimiyyəti də yürüdür.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, hazırda Azərbaycan hakimiyyəti ciddi seçim qarşısındadır. Rəsmi Bakının Rusiya hakimiyyətinin davranışlarını tam formada təkrarladığını deyən V.Mirkamal bildirdi ki, Azərbaycanı Rusiyaya oxşadan cəhət avtoritarizm və despotizm hərəkətlərinin olmasıdır: “Azərbaycanla Rusiya arasında paralellər apararkən çox oxşar cəhət ortaya çıxır. Azərbaycanda da Rusiya kimi demokratik düşərgəyə təzyiqlər olur. Nemtsovun qətlində Putinin əli yoxdursa, o bunu arzulamırdısa, qətlin üstü açılmalıdır. Amma hər bir halda avtoritar recimin hərəkətləri dünyanı ayağa qaldırıb və ən əsas versiya da Nemtsovun məhz Putinin sifarişilə öldürülməsidir”.
Azərbaycanda 93-cü ildən demokratik düşərgəyə qarşı təzyiqin başlandığını deyən V.Mirkamal bildirdi ki, 2013-cü ildən də müxalifətə qarşı repressiya güclənib, müxalifət təmsilçiləri hədələnir, təzyiqlərlə üzləşir: ?Azərbaycanda müxalifətçi olmaq həm ictimai-siyasi, həm də maddi mənada məhrumiyyətlər deməkdir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti də baş verənlərdən nəticə çıxarmalıdır. Ona görə real müxalifətlə oturub dialoqlar aparılmalıdır. Hakimiyyət hazırda qurduğu dialoq şousunu kənara atıb, real müxalifətlə seçki, demokratik islahatları müzakirə etməlidir. Əgər belə olmazsa düşünürəm ki, Azərbaycan hakimiyyətinin də taleyi Rusiya hakimiyyəti kimi olacaq və beynəlxalq ictimaiyyətin basqısına məruz qalacaq”.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar