Boris Nemtsovun öldürüldüyü ərazidəki bir neçə müşahidə kamerası qətldən əvvəl təmir adı ilə çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, bu ərazidə yerləşən kameraların qeydə aldığı görüntülərdə insanların üzləri aydın görünmür. Bundan əlavə, ərazidəki bəzi müşahidə kameraları qətldən əvvəl təmir məqsədi ilə çıxarılıb. Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.