Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həmzə Kərimovun SOKAR-da uğur qazanmasına Elnur Aslanovun dəstək verdiyi ortya çıxdı

2-03-2015, 11:25   
Həmzə Kərimovun SOKAR-da uğur qazanmasına Elnur Aslanovun dəstək verdiyi ortya çıxdı

. Bu barədə anaxeber.tv -yə mötəbər mənbələrdən məlumat daxil olub. bildirək ki, Salyanın icra başçısının oğlu, hazırda SOKAR-ın Rumıniyadakı nümayəndəsi Həmzə Kərimovun nurçularla yaxın əlaqəyə malik olduğu barədə əvvəlki yazılarda da məlumat vermişdik. Bildirmişdik ki, oğul Kərimovun nurçularla əlaqəli olması sonradan karyerasında da böyük sıçrayış əldə etməsinə yardımçı olub.
ANAXEBER.TV -nin əldə etdiyi yeni məlumata görə, icra başçısının oğlunun SOKAR-a gəlişi və oradan Şərqi Avropa dövlətlərindən birinə göndərilməsi səbəbsiz və köməksiz olmayıb. Mənbənin bildirdiyinə görə, qaynatasından dolayı oğlu ilə münasibətləri gərgin olan Tahir Kərimov həmin vaxt Həmzəyə heç bir yardım etməyib. Daha doğrusu, heç bir maddi yardım göstərməyib.
Bu zaman oğul Kərimovun köməyinə yaxın dostu, dindaşı Elnur Aslanov və ətrafındakı bir neçə nəfər çatır. Həmin məlumata görə, Azərbaycanda nurçuların əsas himayəçisi və vəzifələrə yerləşdirənlərin rəhbəri kimi tanınan Elnur Aslanov Həmzə Kərimovun SOKAR-da işə düzəlməsini təmin edir və «ulduzunun parlamasına» yardımçı olur.
Mənbə ANAXEBER.TV -YE bildirib ki, Prezident Admnistrasiyasının sabiq məsul əməkdaşının yardımları ilə SOKAR-ın Rumıniyadakı nümayəndəsi olan Həmzə Kərimov, əlinə imkanlar düşdükcə borclu qalmayıb. Və Aslanovun ona verdiyi bir sıra tapşırıqları icra edib. Üstəlik, onun Şərqi Avropadakı və Azərbaycandakı bir sıra nurçularla bağlı məktəblərə maddi yardımlar göstərdiyi vurğulanır.
Mənbə onu da qeyd edib ki, həmin ərəfədə Tahir Kərimovun oğluna vəd edilib ki, bir müddətdən sonra SOKAR-ın mərkəzi aparatında mühüm posta gətiriləcək. Lakin Elnur Aslanov və komandasının başına gələnlərdən sonra bunlar xəyaldan başqa bir şey olmayıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar