Ərdoğanla Sisi müzakirə masasına oturacaq – Sensasion iddia

2-03-2015, 16:14   
Ərdoğanla Sisi müzakirə masasına oturacaq – Sensasion iddia
Səudiyyə Ərəbistanında dərc olunan Məkkə qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ər-Riyad səfərinə dair maraqlı iddia irəli sürüb.

Avropa.info xəbər verir ki, Məkkə qəzetinin yaydığı bir xəbərdə Rəcəb Tayyib Ərdoğanın ər-Riyad səfəri zamanı bir sıra məsələlərin müzakirə ediləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı əlaqələrin yenidən güclənəcəyini vurğulayan qəzetə görə tərəflər bir çox məsələdə ortaq hərəkət edə bilərlər.

Qəzet həmçinin kral Salman ibn Abdulaziz ilə prezident Ərdoğan arasındakı müzakirələrdən sonra Misir - Türkiyə əlaqələrində dəyişikliklər ola biləcəyini də istisna etmir.

Səudiyyə Ərəbistanının təşəbbüsü o ilə Misir, Türkiyə və Səudiyyə Ərəbistanının iştirak edəcəyi bir görüş keçiriləcəyini iddia edən qəzet görüş zamanı razılaşmanın əldə oluna bilinəcəyini bildirib.

Xatırladaq ki, Ərdoğan Riyada səfər etməzdən əvvəl mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirmişdi. Jurnalistlərdən birinin "Misir prezidenti Sisi ilə görüşəcəksinizmi?" sualına o "Hər halda zarafat edirsiniz" cavabını vermişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar