Əmanətçilərə xoş xəbər

3-03-2015, 22:26   
Əmanətçilərə xoş xəbər
Banklarda olan əmanətlərin sığortalanması mexanizmi dəyişə bilər.

ANS TV-nin məlumatına görə, əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov bildirib ki, diferensial sığortalanma mexanizmi üzərində iş gedir.

Əgər bu sistem qəbul olunsa, banklar risk dərəcəsinə görə, müxtəlif qruplara bölünəcək. Buna uyğun onlara reytinq veriləcək. Yüksək reytinqə malik banklar fonda daha az sığorta haqqı ödəyəcək, əksinə reytinqi aşağı, riski böyük olanlar yüksək sığorta haqqı ödəməli olacaqlar.

Bu zaman faizindən asılı olmayaraq bütün əmanətlər sığortalana bilər. Hazırda bütün banklar sığorta fonduna eyni dərəcə ilə əmanətin 0,5%-i miqdarında sığorta haqqı ödəyir. Amma yalnız 30 min manata qədər və maksimum 12%-lə olan əmanətlər sığortalanır.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar