Fransada yerləşən 30-a yaxın məscidə təhqir dolu məktub göndərilib. Axar.az xəbər verir ki, bu barədə Fransada yaşayan İslam Rəsədxanasının sədri Abdallah Zekri danışıb. Zekri gələn məktubların hamısında müsəlmanların təhqir edildiyini qeyd edib. "Le Fiqaro" qəzeti isə Montbeliard, Pontarliers və Kastres qəsəbələrindəki məscidlərin də təhqirə məruz qaldığını bildirib.