[media=https://www.youtube.com/watch?v=z20qH3eEiOA]
Xalq artisti Rəmiş ( Rafiq Hüseynov) yenidən qalmaqala səbəb olub.
ATV-də yayımlanan “ Düzün desək” verlişinə açıqlama verən gitara ifaçısı doğma qardaşı özünün ən böyük düşməni adlnadırıb. Onun sözlərinə görə qardaşı onu həyat yoldaşından boşanmağa təhrik edir: “Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan zəhləsi gedəcək bu yaxınlarda. Böyükdür, üzünə ağ ola bilmirəm. Lakin ölənə kimi qardaşımı danışdırmayacam. Onu Allaha tapşırmışam.
Qardaşım böyük səhvlər buraxıb. Elədiklərini özümə də sığışdırıb deyə bilmirəm. Xoşagəlməz hərəkətlər edir, internetdə mənlə bağlı yazılar yayır. Bunların hamısı gəlib mənə çatır. “Rəmiş tapançayla gəzdi” və s. şayiələr yaradır.
Həyat yoldaşım Gülü ox olub, batıb gözlərinə. Deyir ki, arvadını boşa. Mən sizə deyirəm arvadınızı boşayın?
Dünya malı dünyada qalar. Mülk davası edəni mən kişi saymıram. Kişi hər mülkü, adı, sanı, şəxsiyyəti, mərifəti də özü qazanmalıdır. Atanın qoyduğu mülkə oğul göz tikməməlidir.
Qardaşdan gərək qardaş sözlərini eşidəsən. Dostluqla olan qardaşlıq hər kəsə qismət olmur. Mənim üçün dostlarım qardaşdan əzizdir. Lakin onların da sayı azdır”.
Xatırladaq ki, bu ilin əvvəlində xalq artisti Rəmişlə bağlı yaranan qalmaqal uzun müddət mətbuatın gündəmindən düşmədi. Belə ki, gitara ifaçısının erməni dilində mahnı oxuduğu barədə xəbərlər yayılmışdı. Məlumata əsasən xalq artisti Rusiyada məclislərin birində məşhur “Tut ağacı” mahnısını erməni dilində təqdim edib. Onun bu addımı cəmiyyətdə tənqidlə qarşılanmışdı.