Fidan Afər/AZADİNFORM. Ermənistan Azərbaycan torpağı olan Qarabağdan çıxmasa sərhədlər açılmayacaq. AZADİNFORM xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərin suallarına cavabında deyib.
O deyib ki, beynəlxalq hüquq “Qarabağ işğal altındadır” deyir: “Əslində, ABŞ və Rusiya istəsə bu məsələ bir anda həll olar. Azərbaycan xalqının dini inancı, mədəniyyət dünyası bəllidir, əks tərəfinki də. Fikrimcə, onlar məsələyə bu yöndən baxırlar. Ona görə də ədalətli yanaşa bilmirlər”.
Prezident bildirib ki, bəzilərinin Suriyada planlaşdırdığı beynəlxalq hüququn əksinə addım atmayacaqlar: “Suriyanın bölünməsini istəmirik və bu ölkə ilə bağlı məsələlərdə koalisiya gücləri ilə hələ də eyni nöqtədə deyilik”.