Pitbullar dünyanın ən böyük və vəhşi itlərindən hesab edilirlər. Amma bu it bütün həmcinslərini ölçüsünə görə çox qabaqlayıb. ANS PRESS-in məlumatına görə, hələ 17 aylıq olan Halk indidən dünyanın ən böyük pitbulu adına namizəddir. Çəkisi 80 kq olan it bundan sonra da böyüyəcək.
Britaniyalı bir ailənin evində yaşayan Halkın başının diametri 70 sm-dir. İt o qədər böyükdür ki, evin 3 yaşlı körpəsi ona aşağıdan yuxarı baxır. Cordan adtı uşaq iti at kimi sürür.
Pitbulun sahibi Merlon və Liza Qrennanın sözlərinə görə, it böyük olsa da heç bir təhlükə daşımır. Lakin buna baxmayaraq onlar pitbulun lazımsız anda, lazımsız yerdə olan insanı öldürə biləcəyini də istisna etmirlər.
Qeyd edək ki, Halk protein əsaslı qidalarla qidalanır. Gündə 2 kq ət yeyir.
Onu saxlayan ailə isə dünyanın ən qorxunc ov itlərini yetişdirən şirkətə sahibdir. İşə illər öncə iki köpəklə başlayan ailənin indi ümumilikdə 10-dan çox heyvanı var.