Nepalda Türkiyə Hava Yollarına məxsus təyyarə enişdən sonra qəza törədib. Axar.az xəbər verir ki, qəzanı İstanbul-Katmandu səfərini həyata keçirən təyyarənin törətdiyi bildirilir. Hadisə zamanı bir neçə sərnişin yaralanıb. Şahidlər deyir ki, eniş zamanı təyyarə qəfildən uçuş zolağından torpaq yola çıxıb. Nepal mətbuatında yer alan məlumatlara görə, səhər saatlarında Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanında baş verən hadisə zamanı THY-726 uçuş nömrəli Airbus A330 tipli təyyarədə 238 sərnişin olub. Məsələ ilə bağlı THY-nin mətbuat nümayəndəsi Əli Gənc rəsmi tvitter səhifəsindən açıqlama yayıb: “Sərnişinlərimiz və uçuş qrupumuz təhlükəsiz bir şəkildə təxliyə edilərək terminala aparılıb. Hadisə zamanı bir sərnişinimiz isə yüngül xəsarət alıb. Təyyarənin olduğu yerdən kənara çəkilməsi üçün lazımi tədbirlər görülüb. Hadisənin necə baş veridyi isə aparılan araşdırmalardan sonra bilinəcək”. Qeyd edək ki, qəzaya səbəb kimi havanın dumanlı olması göstərilir.[media=https://www.youtube.com/watch?v=yG20k9J3qqY]