Debaltsevo rayonunda qalan Ukrayna hərbçiləri rus qoşunlarının Kramatorska hücumunun qarşısını alıblar. Axar.az xəbər verir ki, bunu Ukrayna Anti-terror Mərkəzinin katibi Andrey Lısenko məlumat verib. “Əslində Debaltsevo platsdarmında demək olar ki, heç kim yoxdur. Yalnız əsas qüvvələrin geri çəkilməsinə şərait yaradan hərbçilər qalıb. Onlar da orada öz xətt yaradaraq düşmənin Kramatorska doğru irəliləməsinə imkan vermirlər”, - Lısenko deyib.