Dama çıxaraq intihar edəcəyini dedi – Qollarını, boğazını bıçaqla kəsdi - FOTOLAR, VİDEO YENİLƏNDİ

5-03-2015, 01:49   

Martın 4-də Bakının Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzinin damına çıxaraq, intihara cəhd edib.

Onun həyatını bacısının sayəsində xilas etmək mümkün olub. Belə ki, saat 13:00 radələrində "Lotos" ticarət mərkəzinin damına çıxaraq, intihar etməyə çalışan 30-35 yaşlarında şəxs bir neçə saat sonra xilas edilib.

Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, xilas olunana qədər o, panika yaratmağı bacardı: “Əlindəki bıçaqla qollarına, boğazına, sinəsinə xəsarət yetirdi. Ruhi halı normal görünməyən şəxsə heç bir polis və ya FHN əməkdaşı yaxınlaşa bilmirdi.

Onu aşağıya düşmək üçün razı salmağa çalışanlara “Yaxınlaşmayın. Yaxınlaşsanız özümü atacağam” deyirdi. Və hər dəfə də əlindəki bıçaqla özünə xəsarət yetirirdi. Boğazı, sinəsi, qolları qan içində olan şəxs özünü itirmiş halda görünürdü.

Ticarət mərkəzinin önündə hadisəni yaxından görməyə çalışan, əllərində mobil telefonlarla hadisəni videoya çəkmək istəyən maraqcıl insanlarla dolu idi. Yüzlərlə şəxs binanın üstünə çıxan şəxsə diqqətlə tamaşa edirdi. Hətta bəziləri gülə-gülə yuxarıya səslənirdi: “Kişi deyilsən? At da özünü. At, baxaq”. Gülüşmə səsi bəlkə də həmin adama da gedib çatırdı, amma o, buna fikir verəcək durumda deyildi.
Dama çıxaraq intihar edəcəyini dedi – Qollarını, boğazını bıçaqla kəsdi - FOTOLAR, VİDEO YENİLƏNDİ


Sonra hadisə yerinə gələn FHN əməkdaşları ətrafda yığışan insanları ərazidən uzaqlaşdıraraq, təhlükəsizlik lentləri çəkdilər. İntihar etmək istəyən şəxsin yerə düşəcəyi təqdirdə həyatını xilas etmək üçün FHN əməkdaşları təhlükəsizlik brezenti açdılar.

İntihar etmək istəyən şəxsin kimliyi hələ ki, məlum olmasa da, istəkləri haqqında məlumat əldə etdik. O, telekanalların hadisə yerinə gəlib süjet hazırlamasını tələb edir və həbsxanada olan qardaşının vəziyyətindən danışırdı. Həmin şəxs deyirdi ki, onun qardaşı 12 saylı cəzaçəkmə müəssisəsində, günahsız yerə yatır və o, tələb edir ki, qardaşının işinə ədalətlə, düzgün baxsınlar.

Daha sonra hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətirdilər. Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail oldular.

İntihara cəhd edən şəxs, polis avtomobilinə aparılarkən bu sözləri uca səslə qışqıraraq dedi: “Rafiq Məmmədov, Rafiq Məmmədov... Mənim qardaşımdır. 12 saylı cəzaçəkmə müəssisəsində həbsdədir. Onu haqsız yerə tutublar. Zülm edirlər. Mən prezidentə müraciət edirəm”.

Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparıldı.

Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.