Seulun mərkəzində ABŞ-ın Koreyadakı səfiri Mark Lippertə hücum olub. Diplomat səhər görüşə gedərkən əlində ülgüc olan bir nəfər səfirin üstünə atılaraq, üzünü kəsib.
Hücum edən şəxsin tələbi Şimali və Cənubi koreyaların birləşməsi olub.
Yerli polisin məlumatına görə, səfirin üzünü kəsən şəxs Kim soyadlı, 55 yaşlı bir nəfərdir. O, yerindəcə həbs olunub.
Lippert ən yaxın xəstəxanaya aparılıb. Cinayətkar dərhal təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səfirə 55 yaşlı Kim Qi Çjonun hücum etdiyi bildirilir. 2006-2007-ci illərdə 6 dəfə Şimalim Koreyaya səfər edib. O, 2010-cu ildə Yaponiyanın Cənubi Koreyadakı səfirinə də hücum edib. O, həmin vaxt yapon səfirinə beton parçası atıb. Bu vaxt Kim şərti olaraq azadlığa buraxılıb. (AzVision.az)