Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin büdcəsində neftin bir barelinin 50 dollar və bir dolların 61,5 rubl olacağını açıqlayıb. Axar.az-ın məlumatına görə, Nazirlər Kabinetinin toplantısında danışan prezident büdcə qanununda nəzərdə tutulmuş dəyişikliklərin həyata keçirilməsini təklif edib: “Hökumətin bu mövzu ilə bağlı uzun zamandır çalışdığını bilirəm. Dövlət Dumasında da bu barədə işlər görülməlidir”. Enerji Nazirinin Brüsseldə səfərdə olduğuna görə toplantıya qatılmadığını deyən Kreml rəhbəri Ukrayna ilə razılığın önəmli olduğunu dilə gətirib: “Ukrayna təbii qaz borcunu ödədi. Bir il öncə yaşanan problemlərin təkrarlanmaması üçün tədbirər görülməlidir”.