Türkiyə xüsusi xidmət orqanları prezident Rəcəb Tayyip Ərdoğanın zəhərlənməsindən ehtiyat edirlər. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən mütəxəssislər prezident üçün hazırlanan yeməkləri xüsusi nəzarətdən keçirir. Bunun üçün Ankarada yerləşən prezident iqamətgahında qida məhsullarında analiz yolu ilə radiokativ materiallar, zəhər və təhlükəli bakteriyalar olduğunu müəyyən edən laboratoriya inşa ediblər.
Rəcəb Tayyip Ərdoğanın şəxsi həkimi Sevdat Erol müasir dünyada insanların birbaşa deyil, gizli yollarla öldürüldüyünü bildirir. O əlavə edir ki, 5 ekspert hər gün prezident sarayında 14 saat keşik çəkir və prezidentə veriləcək bütün qida məhsullarını test edir.
Modern.az