FAKT: Ermənilərin özləri belə Ermənistanı oyuncaq dövlət hesab edir - Ermənilərin 63%-i Rusiya ilə birləşmək istəyir

5-03-2015, 17:17   
FAKT: Ermənilərin özləri belə Ermənistanı oyuncaq dövlət hesab edir - Ermənilərin 63%-i Rusiya ilə birləşmək istəyir
Ermənistan sakinlərinin 60%-dən çoxu hər hansi bir ölkə ilə birləşmək zərurəti olacağı təqdirdə Rusiyanı seçəcəklərini bildirib.

AzVision.az-ın “Qafqaz-Online”-a istinadən xəbər verir ki, bunu “Gallup International Association”nın Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

“Ermənistan hanı ölkə ilə birləşməlidir? Sualına respondentlərin 63 faizi Rusiya deyə cavablandırıblar. Ermənilərin 27% isə ölkələrinin heç kimlə birləşməməli olduğunu vurğulayıb. Rəyi soruşulan ermənilərdən 7% - Avropa ölkələrinə, 3%- Gürcüstana, 3% - Belarus, 3%-i Qazaxıstana, 1% isə Ukraynanın lehinə səs verib”, – deyə “Gallup International Association” Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Sorğuda iştirak edən şəxslərin 45%-i Rusiya əleyhinə sanksiyaların, neft qiymətlərinin aşağı düşməsi və rublun dəyərsizləşməsi bir mənalı olaraq onların ailələrinə mənfi təsir göstərir.

Bundan əlavə ermənilərin 88%-dən çoxu Rusiya əleyhinə sanksiyaların ümumilikdə Ermənistan iqtisadiyyatına mənfi təsir etdiyini xüsusilə vurğulayıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar