Türkiyədə Xalqların Demokratik Partiyasının vəkilləri PKK lideri Abdullah Öcalanla görüşəcək. Axar.az xəbər verir ki, ölkə mətbuatında yayılan məlumata görə,
İstanbuldan millət vəkili Sırrı Sürəyya Öndər və Diyarbəkirdən olan millət vəkili Leyla Zana PKK lideri ilə görüşmək üçün İmralı adasına yollanıb. Görüşün mövzusu haqda heç bir məlumat yoxdur. Xatırladaq ki, son günlərdə Abdullah Öcalanın həbsdən azad olunması ilə bağlı hökumətlə danışıqlar getdiyi iddia olunur.