“Kobani problemi və ABŞ liderliyindəki koalisiya yaranmamışdan əvvəl kürdlərə silah yardımı etdik”. Axar.az xəbər verir ki, bunu Portuqaliyanın dövlət kanalı RTP-yə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib. O, kürdlərin daha sonra ABŞ-a görə silah yardımını qəbul etmədiyini bildirib: “Kobani problemi və ABŞ liderliyindəki koalisiya yaranmamışdan əvvəl kürdlərə silah yardımı etdik. Eyni zamanda hava hücumları ilə dəstək verdik. Lakin daha sonra kürdlər ABŞ-ı əsəbiləşdirməmək üçün silah yardımını qəbul etmədi. Bu yardıma cəhdlə bağlı sübutlarımız var”.