Nemtsovun Donbasla bağlı hesabatının detalları açıqlandı

5-03-2015, 23:50   

Qətlə yetirilməmişdən bir gün əvvəl Rusiya müxalifətinin lideri Boris Nemtsov «Putin. Müharibə» adlı hesabatının bəzi detallarını açıqlayıb. Bununla bağlı yazdığı qısa məktubu partiya həmkarı Olqa Şorina Reuters agentliyinə təqdim edib. Əllə yazılmış məktubda deyilir: «İvanovodan olan bir neçə desantçı mənimlə əlaqə saxlayıb. 17 desantçı öldürülüb. Onlar öz pullarını almayıb, indi isə döyüşməyə qorxurlar». Şorinanın sözlərinə görə, Nemtsov ofisində dinləmə qurğusunun olmasından ehtiyatlanırdı. Ona görə də detalları kağızda yazmaq qərarına gəlib. Həmkarı bildirir ki, Nemtsov Donbasdakı hadisələrə həsr olunmuş «Putin. Müharibə» hesabatını açıqlamağa hazırlaşırdı. Hesabat 1 mln tirajla çap ediləcəkdi. Hesabat üçün məlumatların böyük hissəsini Nemtsov açıq mənbələrdən götürürdü və hər hansı sensasiya dərc etmək niyyətində deyildi. Bununla yanaşı Nemtsov Ukraynada vuruşan əsgərlərlə də söhbət edirdi. O əsgərləri açıq bəyanat verməyə çağırırdı.
Şorina bildirib ki, Nemtsovun yazdığı məktubda söhbət İvanovo vilayətidə dislakasiya olunmuş 98-ci desant diviziyasının əsgərlərindən gedirdi.
Nemtsovun digər həmkarı İlya Yaşinin sözlərinə görə, mərhum müxalifətçi ölən əsgərlərin valideynləri ilə söhbət etmək üçün İvanovoya getməyə hazırlaşırdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar