[media=https://www.youtube.com/watch?v=Th9EKMuCBT8]
Bakıda sürücünü saxlayan yol polisi təhqir olunub.
ANS PRESS-in məlumatına görə, bu barədə “YouTube” video portalında görüntülər yayılıb. Görüntülərdən məlum olub ki, yol polisi avtomobili saxlayıb. Sürücü isə polis əməkdaşı ilə naməlum səbəbdən mübahisə edir. Görünür sürücü polis tərəfindən nahaq yerə saxlanılmasına etirazını bildirir.
Videoda görünür ki, əsəblərini cilovlaya bilməyən sürücü yol polis əməkdaşını təhqir edir.
Bu isə sürücünün kobud şəkildə qanunu pozması deməkdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib.
“Hər kəsin vəzifə borcu var. Sürücünün vəzifəsi avtomobili qanun çərçivəsində, səhv etmədən idarə etməkdir. Yol polisinin də vəzifəsi qanun pozan sürücünü saxlamaqdır. Bu zaman hansı tərəfin nalayiq hərəkət etməsi, qanunu pozması, qarşı tərəfi təhqir etməsi araşdırmalar zamanı məlum olur. Araşdırmalar zamanı qanunu pozan şəxs mütləq cəzaandırılır. İstər bizim əməkdaş, istərsə sürücü, hansı qanun pozursa, mütləq müəyyən edilərək cəzalandırılır”, - deyə Kamran Əliyev bildirib.