İranda məhkumun gözünü çıxardılar

6-03-2015, 17:38   

Bu qəbildən olan cəza müasir İranda ilk dəfə tətbiq edilir.

İran həbsxanasının həkimləri qanunvericilik və şəriət qanunu - “dişə diş, gözə göz” qanununu rəhbər tutaraq, bilərəkdən digər şəxsin gözünü yandıraraq kor qoyan məhkumun gözünü çıxarıblar.

Hadisə qərarı yerinə yetirən tibb işçilərinə qarşı tənqid dalğasına səbəb olub.

“Adı çəkilməyən məhkum Kərəc şəhərində, həkimlər onun sol gözünü çıxararkən huşunu itirmiş vəziyyətdə uzanıb. Bu qəbildən olan cəza müasir İranda ilk dəfə tətbiq edilir”, - Guardian qəzeti yazıb.

Məhkumun hər iki gözündən məhrum ediləcəyi ehtimal edilirdi, amma son anda qurban sağ gözünün çıxarılmasını altı ay gecikdirilməsini xahiş edib. Həbsxana rəhbərliyi məhkumun bu arzusuna qarşı gəlməyiblər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, indi məhkumun qərarın ləğv edilməsi üçün şansı yaranıb.

Hadisə qərarı yerinə yetirən tibb işçilərinə qarşı tənqid dalğasına səbəb olub, onlar “hakimiyyət ilə əməkdaşlıq edən” İran həkimlərinin fəaliyyətinin “Hippokrat andına əks” adlandırıblar.

Məlumdur ki, məhkum Qum şəhərində beş il öncə bir nəfərin gözünü turşu ilə yandıraraq kor qoyduğu üçün günahkar bilinib. Cinayətin qurbanı kor olub, üzü isə ömürlük eybəcər hala düşüb. Cinayətkar hər iki gözünün kor qoyulmasına, cəriməyə və 10 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar