ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava hücumu nəticəsində İŞİD terror təşkilatının “Mosul əmiri” öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul rəsmisi İsmət Rəcəb açıqlama verib. O, koalisiya qüvvələrinin əmirin konvoyunu hədəf aldığını və nəticədə əmirlə birlikdə mühafizəçilərinin də məhv edildiyini bildirib. Öldürülən əmirin adı açıqlanmayıb.