Son 24 saat: 150 İŞİD-çi öldürüldü

7-03-2015, 17:45   

İraqın Ənbar vilayətinə bağlı Qarman bölgəsinin şərqində İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlar reallaşıb. Axar.az Rudav-a istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada orduya məxsus döyüş təyyarələrin "Şəhid general-leytenant Nəcim Sudani" adı altında həyata keçirdiyi hava hücumlarında son 24 saat ərzində 150 İŞİD-çi öldürülüb. Açıqlamada o da bildirilib ki, hücumlar zamanı təhlükəsizlik qüvvələrinin irəliləməsinə mane olan təşkilatın snayper batalyonu və 25 döyüş avtomobili məhv edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar