“Nobel” mükafatı laureatı, alman əsilli yazıçı Herta Müller alman qəzeti “Die Velt”ə verdiyi müsahibə ilə hər kəsi heyrətləndirib.
Axar.az xəbər verir ki, Rumıniyada böyüyən alman yazıçı Müller öz müsahibəsində Adolf Hitlerlə Vladimir Putini müqayisə edib. Onun sözlərinə görə, Hitlerin işğalçılıq siyasəti ilə Putinin Ukrayna konflikti oxşardır.
Nobel laureatı xanım Herta Müller qeyd edib ki, Hitler Almaniyasının İspaniyada Gernika faciəsi törətməsi ilə Putin Rusiyasının Ukraynadakı əməliyyatları arasında heç bir fərq yoxdur:
“Mən düşünmürəm ki, Putin bu müharibələrə son qoyacaq. O, Krım dəhlizinə qədər gəlib çıxmaq niyyətindədir. Müasir günümüzdə belə işğalçı siyasət yeridən Putinin Üçüncü Reyxin Füreri Adolf Hitlerdən heç bir fərqi yoxdur”.