Boşanma hallarının sayının azaldılması məqsədi ilə maraqlı bir təklif gündəmə gəlib. Söhbət barışdırıcı miassiyanı həyata keçirən xidmətin yaradılmasından gedir. Ombudsman tərəfindən səsləndirilən təklifə ailə , qadın və uşaq problemlər üzrə dövlət komitəsi də müsbət yanaşır.
Mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması gündəmdədir.
Ombudsman Elmira Suleymanova hesab edir ki, boşanmaların və məişət zorakılığının qarşısının alınması məqsədilə mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün müvafiq dövlət qurumlarında ixtisaslaşmış psixoloji xidmət təşkil edilməlidir. Bu xidmət məhkəmə nəzdində olmalıdır ki, effektiv olsun. Belə ki, Məhkəmənin tərəflərə fikrindən yayınmaq üçün verdiyi 1 ay vaxt elə bu məqsədlə istifadə edilə bilər. Həmin xidməti təşkil edən insanlar isə xüsusi seçilməlidir.
Ailə,Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyevanın da məsələ ilə bağlı təklifi var. O , hesab edir ki, bu prosesdə ağsaqqala və ağbirçək insanların xidmətindən də istifadə etmək faydalı olardı.
Qeyd edək ki, sözü gedən təklif ombudsmanın illik hesabatında da yer alıb və bunun müvafişq qurumlar qarşısında qaldırılacağı gözlənilir.Yenilik.Az