Türkiyənin 11-ci prezidenti olmuş Abdullah Gül siyasətə qayıtması ilə bağlı şərtlərini açıqlayıb. Axar.az xəbər verir ki, Gülün yaxın ətrafının mediaya sızdırdığı məlumatlara görə, keçmiş prezident iki şərtlə siyasətə qayıdacağını açıqlayıb: “Gülün siyasətə qayıtmaqla bağlı ilk şərti dəvətin üsuludur. Partiya rəhbəri, Baş nazir Əhməd Davudoğlu şəxsən gəlib dəvət etməlidir. İkinci şərt isə namizədliyinin ona yaraşan şəkildə təntənəli mərasimlə elan olunmasıdır”. Qeyd edək ki, Gülün yenidən siyasətə qayıdacağı və AKP-dən millət vəkilliyinə namizəd olacağı bildirilir.