Almaniyanın Münhen şəhəri yaxınlarındakı Siegertsbrunda bir brotestant rahib mühacirlərə pulsuz olaraq fahişə verilməsini tövsiyə edib.
Musavat.com-un məlumatına görə, immiqrantların yemə-içmə kimi cinsi münasibətə də ehtiyac duyduqlarını vurğulayan rahib Ulrix Vagner, "Münchner Merkuri" qəzetinə verdiyi açıqlamada deyib: "Bu fikir mənə bir dostumun yaşadığı kənddə 100 mühacirin qadınlara sataşmalarından qorxduqlarını deyəndən sonra gəldi".
Bu mövzunun müzakirə edilə biləcəyini söyləyən rahib Vagner sözlərinə belə davam edib: "Bu mövzuda bu günə qədər heç bir şey edilməyib. Mən məhdudiyyətsiz bir fahişəxana xidməti verilsin demirəm. Amma bu adamların cinsi ehtiyacları var. Heç kim bu mövzunu düşünmür, gözümüzü qapayırıq. Cəmiyyətimizdə fahişəlik də qəbul edilmiş bir peşədir. Qəzetlər və internet fahişə elanlarıyla doludur".
Vagner deyib ki, ödənc alınmadan verilməsi lazım olan xidmət bir qoruyucu model ola bilər: "Bu mövzuda fahişəxanalar da xeyirli bir iş görmüş olarlar. Xüsusilə işlərin az olduğu səhər saatların mühacirlərə pulsuz xidmət göstərilsə, daha yaxşı olar".
Layihənin haradan maliyyələşdirilməsi barədə konkret təklif verməyən Vagner deyib ki, xərclər proyektə dəstək verən kəsimlər tərəfindən qarşılana bilər.
Gülnar